Bakırköy Qapalı Qadın Cəzaçəkmə evində məhkum həyatı yaşayan müğənni Deniz Sekiyə həmkarları Yeni il sürprizi ediblər.
Denizin meneceri Özgür Aras tərəfindən hazırlanmış tədbirdə Deniz Akkaya, Gonca Vuslateri, Nükhet Duru, Özgün, Reyhan Karaca, Seren Serengil, Yeliz, Zara kimi məşhurlar iştirak ediblər. Onlar, nəinki, Sekini, onunla həmin həbsxanada olan digər məhkumlara baş çəkib və onlar üçün musiqilərini səsləndiriblər.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.