banner
banner

Dünya

Pis xatirələrdən qurtulma günü keçirildi

Pis xatirələrdən qurtulma günü keçirildi
Pis xatirələrdən qurtulmaq mümkün olacaq. San Diego School of Medicinedə çalışan elm adamları bu işi laboratoriya şəraitindəki siçanlarla sınaqdan keçirdikdən sonra nəticə əldə ediblər.

Elm adamları əvvəlcə siçanın işıqdan qorxması üçün şərait yaradaraq bir təcrübə aparıblar. İşığa doğru gedəndə ayağından elektrik verilən siçan, işıqdan qorxmağa başlayıb. Daha sonra neyronlar arasındakı bağlantını qopararaq siçanın bu qorxusuna tamamən qalib gəlinməsinə nail olunub. İşin maraqlı tərəfi odur ki, siçanın neyronlarının arasındakı bağlılıq gücləndiriləndə siçan təkrar işıqdan qorxmağa başlayıb, yəni yaddaşında yox olan xatirələr geri gəlib. 

Bu sınaqla Jim Carreynin məşhur filmi ağla gəlsə də, araşdırmaçılar bunun “Alzheimer” xəstələri üçün istifadə oluna biləcəyini düşünür. Bu günlərdə isə dünyada pis xatirələrdən qurtulma günü keçirilib. İnsanlar il ərzində ən pis xatirələrini vərəqə yazıb, simvolik olaraq onlardan qurtulurlar.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.