Şəhidlər Xiyabanına gedən bir çox yollarda məhdudiyyət var.
ANS PRESS-in məlumatına görə, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov ANS TV-yə açıqlamasında bildirib.
Artıq əhali yavaş-yavaş xiyabana gəlməyə başlayıb. BŞDYPİ-nin rəsmisi Vaqif Əsədovun sözlərinə görə, bu məqsədlə paytaxtın Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində olan bütün küçə və yollardan avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib.
“İlk olaraq Mehdi Hüseyn küçəsi 1 (yəni Teleteatr inzibati binasının) yanından, ikincisi isə M.Müşfiq küçəsinin H.Cavid prospekti kəsişməsindən, üçüncüsü M.Müşfiq dairəsinin Mətbuat prospekti kəsişməsindən, eləcə də A.Abbaszadə, İzzət Nəbiyev və digər kəsişən küçələrdə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub və istiqamət dəyişdirilib” – deyə V.Əsədov qeyd edib.
O, həmçinin alternativ yolları da sürücülərin nəzərinə çatdırıb: “Məhdudiyyət qoyulan yolların əvəzinə paytaxtın Neftçilər prospekti ilə Bayıl qəsəbəsi və yaxud 3-cü kənar dairəvi yolla istənilən istiqamətə hərəkət etsinlər”.
Həmçinin əhalidən xahiş olunur ki, mərasimə qoşulmaq istəyənlər şəxsi avtomobildən deyil, ictimai nəqliyyatdan istifadə etsinlər.
Qeyd edək ki, bu gün Şəhidlər xiyabanına gələn avtobuslarda nəqliyyat pulsuzdur.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.