banner
banner

Dünya

Fransada 1,3 milyon çöl quşu məhv ediləcək

Fransada 1,3 milyon çöl quşu məhv ediləcək

Fransanın dövlət orqanları ölkənin 3 regionunda "quş qripi" virusunun yayılmasının qarşısını almaq üçün 1 milyondan çox ördək və qazın məhv edilməsini planlaşdırır. 

 
"Report"un məlumatına görə, bu barədə "Reuters"ə ölkənin Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib. Məlumatda bildirilir ki, çöl quşlarının məhv edilməsi ölkənin cənub-qərbindəki boş ərazilərdə yanvarın 5-dən 20-dək həyata keçiriləcək. Təkcə qarşıdan gələn həftədə 800 min quşun məhvi planlaşdırılır. Əgər virusun yayılması davam etsə, məhv ediləcək quşların sayı 1,3 milyiona qədər artacaq. 
 
Nazirlik bildirib ki, əgər virusun yayılması prosesi dayansa, ördəklərin və qazların məhv edilməsi də dayandırılacaq. Qeyd edək ki, Yaponiyada bu virusla əlaqədar 90 min cücə məhv edilib.  
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.