Dünya Güləş Birliyi (UWW) qanında qadağan olunmuş maddələrin aşkarlanması ilə əlaqədar yunan-roma güləşçimiz Zubair Dibirovu diskvalifikasiya edib.
Fransada gənclər arasında keçirilən dünya çempionatında götürülən test müsbət nəticə verib.
Bu səbəbdən 74 kq çəki dərəcəsində çıxış edən Dibirov Dünya Güləş Birliyinin qərarı ilə 4 il müddətinə cəzalanıb. Diskvalifikasiya 2016-cı il oktyabrın 5-dən qüvvəyə minib. O, 2020-ci ilin oktyabrın 4-ə kimi heç bir yarışda çıxış edə bilməyəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.