banner
banner

Dünya

“Rusiya iqtisadiyyatı parça-parça olub” - Obama

“Rusiya iqtisadiyyatı parça-parça olub”

ABŞ prezidenti Barak Obama yenidən Moskvanı Ukraynanı işğal etməkdə ittiham edərək Rusiyanın beynəlxalq arenada təcrid olunduğunu və iqtisadiyyatının parça-parça olduğunu qeyd edib.

Bu barədə APA “RİA Novosti”-yə istinadən xəbər verir.

“Biz Amerika gücünün və diplomatiyasının təsirini nümayiş etdiririk. Böyük ölkələr kiçik ölkələrə hücum edə bilməz, biz bu prinsipi dəstəkləyirik. Biz Rusiya təcavüzkarlığına qarşı Ukrayna demokratiyasını dəstəkləyirik və NATO-dakı müttəfiqlərimizə zəmanət veririk”, deyə Obama Konqres qarşısında çıxışı zamanı deyib.

“Ötən il biz müttəfiqlərimizlə birlikdə sanksiyaların tətbiq edilməsi üzərində çalışarkən bəziləri cənab Putinin təcavüzkarlığını bacarıqlı güc və strategiyanın bir nümunəsi olduğunu güman edirdilər. Bu gün isə Amerika güclü və müttəfiqləri ilə əlbir olduğu halda, Rusiya təcrid, iqtisadiyyatı isə parça-parça olub”, deyə Obama qeyd edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.