Türkiyənin Çorum vilayətinindəki kəndlərdə çoban çatışmazlığı problemi var.
Cia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çorum vilayətinin valisi Nəcməddin Kılıç problemin həlli üçün bir sıra təkliflər səsləndirib.
Nəcməddin Kılıç bildirib ki, vilayətdəki çobanlara sürü idarəetməsi üzrə təlimlər keçirilərək sertifikatlar veriləcək.
"Həmçinin müəyyən olunmuş sayda əgər çoban tapılmazsa, Azərbaycan kimi türkdilli ölkələrdən Məşğulluq və Sosial Təminat Nazirliyinin icazəsi ilə gələn çobanlara da iş verilə bilər".
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.