“Milan”ın hücumçusu Karlo Bakka Çin klublarının hədəfindədir. Daha əvvəl bu ölkənin 3 klubu kolumbiyalı forvardın xidmətində maraqlı olduğunu bəyan etmişdi. “Tyanzin Çyuanzyan”, “Quançjou Everqrand” və “Şanxay Şenxua”nın hər biri Bakkanın transferi üçün 30 milyon avro ödəməyə hazırdı. “Milan” növbəti təklifi “Beytszin Qoan”dan alıb. Bu komanda İtaliya təmsilçisinə 30 milyon avro ödəməklə yanaşı, futbolçunun özünə də eyni məbləği verməyə razıdı.
Buna baxmayaraq, Bakkanın meneceri müştərisinin hazırkı klubunu tərk etmək fikrində olmadığını bildirib. Qeyd edək ki, təcrübəli forvard bu mövsüm “A” seriyasında 14 oyunda 6 dəfə fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.