İspaniyanın “Real Madrid” klubunun furbolçusu Kriştiano Ronaldo ilə 29 yaşlı rusiyalı model İrina Şeykin beşillik münasibətlərinə son qoyaraq ayrıldıqları barədə xəbər vermişdik.
Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, futbolçunun vaxt itirmədən idman jurnalisti Lusiya Villalonla eşq yaşadığı deyilir. Belə ki, İsveçrədə təşkil olunmuş “Qızıl top” mükafatlandırma mərasimində Ronaldo qalibiyyətini 26 yaşlı Lusiya ilə qeyd etmişdi.
“Real”ın televiziya kanalında işləyən jurnalistin son vaxtlar sosial şəbəkədə Ronaldo ilə fotosunu paylaşması və “Xetafe”-“Real” matçında futbolçunu izləməsi şayiələrin daha da güclənməsinə səbəb olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.