banner
banner

Gündəm

Azərbaycanlı “qanuni oğrular”ın ittifaqı dağılır: İDDİA

Azərbaycanlı “qanuni oğrular”ın ittifaqı dağılır:

Rusiya Daxili İşlər Nazirliyinin mütəşəkkil cinayətkarlıqla mübarizə aparanları 2017-ci ildə Azərbaycanın kriminal klanları nümayəndələri arasında ciddi problem yaşanacağını gözləyir. Ötən ilin payızında “qanuni oğrular” Nadir Səlifov (Lotu Quli), Vaqif Süleymanov (Vaqif Bakinski) və Rəşad İsmayılov (Rəşad Gəncəli) güclü konqlomerat formalaşdırıb. Sonuncu yaxınlarda Rövşən Lənkəranskinin qətlinə cavabdehliyi boynuna götürüb.

Məlumatda qeyd edilir ki, hüquq-mühafizə orqanları məhz həmin güclü qruplaşmanın parçalanacağını mümkün hesab edir.

“Qanuni oğru” Rövşən Lənkəranskiyə qarşı müharibə məqsədilə birləşən Süleymanov, Səlifov və İsmayılov klanları dərhal topdansatış göyərti bazarını və Rusiya paytaxtındakı azərbaycanlıların biznesini nəzarətə götürüblər.

“Lotu Quli bu gün səninlə dost və müttəfiqdir, sabah isə gözlənilmədən ən qatı düşməninə çevrilə bilər və başlayaq sənin ovuna. Belə hadisələr nə qədər istəsən olub”, - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Səlifovdan xarakterlərinə görə tamamilə fərqlənən Süleymanov və İsmayılov bunu başa düşürlər. Ona görə yaradılan ittifaq 2017-ci ildə mütləq dağılacaq. Mənbə əmindir ki, bu zaman keçmiş müttəfiqlər arasında müharibə başlayacaq.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.