banner
banner

Şou

3 oğlu ilə keçmiş ərinin evində

3 oğlu ilə keçmiş ərinin evində

Müğənni Gülben Ergen 3 övladı ilə birgə keçmiş əri, övladlarının atası Mustafa Erdoğanın evinə gedib.
Bir axşam yeməyi üçün övladları ilə birgə Mustafanın evinə gedən Gülben orada çəkdirdiyi fotonu İnstaqram səhifəsində izləyiciləri ilə bölüşüb. 
Şəklin altında ifaçı yazıb: "Ailə bütövlüyümüz uşaqlar üçün heç vaxt pozulmayıb, bundan sonra da pozulmayacaq". Fotodan bəlli olur ki, yemək zamanı Mustafanın ata və anası da onlarla bərabər olub.
Qeyd edək ki, cütlük 2004-cü ildə ailə qurub, 2012-ci ildə ayrılıblar. Onların üç oğul övladı var.
Daha sonra Gülben 2014-cü ildə teleaparıcı Erhan Çelik ilə evlənib və onlar ötən il boşanıblar. Boşanmağa səbəb kimi müğənninin keçmiş ərinə geri dönəcəyi göstərilirdi. Buna münasibət bildirən Erhan: "Hər şeyi zamanla görəcəyik", -  demişdi. 

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.