Qətərdə təlim-məşq toplanışında olan “Bavariya” ciddi itki ilə üzləşib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, məşq zamanı komandanın yarımmüdafiəçisi Tyaqo Alkantaranın əzələsi dartılıb. Bu səbəbdən onun üçün hazırlıq mərhələsi erkən başa çatıb.
25 yaşlı ispan futbolçu artıq komandanın düşərgəsini tərk edib.
“Bavariya”nın baş məşqçisi Karlo Ançelotti ümid etdiyini bildirib ki, Alkantaranın zədəsi ciddi deyil.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.