banner
banner

Dünya

Rəfsəncaninin dəfn mərasimi yanvarın 10-da keçiriləcək

Rəfsəncaninin dəfn mərasimi yanvarın 10-da keçiriləcək
İranın yüksək rütbəli rəsmiləri mərhum eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin cənazəsinin saxlandığı yerə, Camaran hüseyniyyəsində gəlib.
 
APA-nın Tehran bürosunun məlumatına görə,  onun dəfn mərasimi həftənin ikinci günü baş tutacaq.
 
Bir sıra xarici ölkələr Haşimi Rəfsəncaninin vəfatı münasibəti ilə İran hökumətinə başsağlığı veriblər.  Öz növbəsində, İranın ali dini lideri Ayətullah Xamenei öz başsağlığında uzun illərin dostunun itirilməsini çətin və ağrılı adlandırıb.
 
Təcriş xəstəxanasında vəfat etdikdən sonra Haşimi Rəfsəncaninin cənazəi Camaran hüseyniyyəsinə gətirlib. İran prezidenti Haşimi Rəfsəncaninin ölümü münasibətilə ölkə 3 gün matəm elan edib.
 
Qeyd edək ki, İranın sabiq prezidenti Haşimi Rəfsəncani  yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı Təcriş xəsətxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayraq, onun həyatını xilas etmək mümkün olmayıb.
 




Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.