Azərbaycan Ordusu dünya orduları sırasında 50-cidir
Dünya ölkələrinin ordularının reytinqi açıqlanıb.
APA-nın məlumatına görə, “Global Firepower” təşkilatının açıqladığı reytinq siyahısında 106 ölkə yer alıb.
Siyahı hazırlanarkən ölkələrin nüvə potensialı nəzərə alınmayıb, orduların quruda, havada və dənizdə adi silahlardan istifadə imkanları, həmçinin ölkənin malik olduğu iqtisadi resurslar və coğrafi vəziyyəti əsas götürülüb.
Ümumilikdə 50 faktor əsasında tərtib olunan siyahıya ABŞ Ordusu başçılıq edir. İkinci yerdə Rusiyadır. İlk onluğun sıralaması isə belədir: Çin, Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya.
Azərbaycan siyahıda 50-ci yerdədir. Azərbaycan Ordusu 52-ci yerdə olan Belarusu, 64-cü yerdə olan Gürcüstanı və 80-ci yerdə olan Qazaxıstanı geridə qoyub.
Ukrayna 21-ci yerdə qərarlaşıb.
Ermənistan isə ümumiyyətlə siyahıya düşə bilməyib.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.