banner
banner

Gündəm

Qənirə Ataşovanın vəkili Mirşahini təkzib etdi

Qənirə Ataşovanın vəkili Mirşahini təkzib etdi

Tanınmış telejurnalist Qənirə Ataşovanın vəkili Elçin Sadıqov müvəkkilinə cinayət işinin açılmasını təsdiq edən məktubun surətini ictimailəşdirib. Vəkil Baş Prokurorluğa ünvanladığı sorğuya aldığı cavabı belə şərh edib:

“Mənim şou ilə aram yoxdur. Həmin cinayət işinin olmasını təsdiq edən məktubun şəklini əlavə edirəm. Bizə lazımdır ki, həmin cinayət içi ilə əlaqədar Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyət götürülsün. Ortalıqda bu boyda məktub, cinayət işinin nömrəsi var indi inkar etməyə çalışırlar”.

Qeyd edək ki, fəaliyyəti dayandırılan ANS televiziyasının əməkdaşı Qənirə Ataşova xaricə gedərkən hava limanından geri qaytarılıb.

 

Vəkili Elçin Sadıqov yaydığı məlumata görə, ANS TV  ilə əməkdaşlıq etmiş jurnalist Qənirə Ataşova 27 oktyabr 2016-cı il tarixdə Bakı şəhərindən İstanbul şəhərinə uçarkən Dövlət Sərhəd Xidmətininin əməkdaşları tərəfindən saxlanılıb. Ölkədən çıxışına qadağa qoyulduğu bildirilərək geri qaytarılıb.

 

Araşdırma zamanı məlum olub ki, ANS Müstəqil Yayım və Media Şirkətinin vəzifəli şəxsləri tərəfindən terrorçuluğun təbliğinə yönələn çağırışlar etmələri və digər faktlara dair ibtidai istintaqı aparılan cinayət işi üzrə Qənirə Ataşovanın “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə sərhəd keçməsinə məhdudiyyət qoyulub. 

 

Xatırladaq ki, Qənirə Ataşova ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı ölkə rəhbərliyinə müraciət edib. Eyni zamanda Baş Prokrorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsi qarşısında Qənirə Ataşovanın ölkədən çıxışına qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı vəsatət qaldırılıb və məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət edilib.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.