Dünyada ilk dəfə, tam olaraq “yaşıl enerji” ilə işləyən məscid tezliklə Omanda istifadəyə veriləcək.
Bu barədə layihənin baş memarı Bədr Əl-Xədəbi deyib: “Biz layihə üzrə işlərin artıq 90 faizini tamamlamışıq. Hazırda məscidin damında günəş panellərinin quraşdırılmasına başlanılıb”.
Xədəbinin sözlərinə əsasən, məscidin inşası üçün hakimiyyətin razılığını gözləyirlər: “Binada 50 mömin ibadət edə biləcək. Yerlərin məhdud olmasını isə, havanın kondensasiyası üçün daha çox enerjinin lazım olması ilə əlaqədardır”.
Mühəndis ümid edir ki, onun layihəsi Sultanlığın bütün tikinti sənayesi üçün bir model rolunu oynayacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.