banner
banner

Dünya

Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib

Ankarada kütləvi aksiyaların keçirilməsi qadağan edilib
Terror təhlükəsinə görə Türkiyə paytaxtı da daxil olmaqla Ankara əyalətində 30 gün müddətinə kütləvi aksiyaların keçirilməsi qadağan edilib.
Bununla bağlı qərarı Ankara valiliyi qəbul edib. 
“Valiliyimizə verilən məlumata görə, terrorçu qruplaşmalar əyalətdə terror aktları törətmək üçün hazırlıq görürlər. İnsanların kütləvi toplaşdığı yerlərdə keçirilən mitinq, yürüş və tədbirlər zamanı terrorçuların terror aktları törətmək istədikləri təxmin edilir. 
 
İnsanların həyatını, mal-mülkünü və ictimai təhlükəsiziliyini təmin etmək məqsədi ilə Ankara əyaləti daxilində 30 gün müddətinə küçə, meydan, park və prospektlər kimi əhalinin sıx olduğu kütləvi yerlərdə bütün növ aksiyaların keçirilməsi qadağan olunur”, - deyə valilik bildirib. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.