Aktyor Bred Pittin Keyt Hudson ilə sevgili olması yenidən gündəmdədir. Cia.az-ın xarici KİV-ə istinadən məlumatına görə, cütlük bu münasibəti inkar etsə də, amma onların "Qızıl kürə" mükafatlandırma mərasimində mehriban yanaşması gözdən yayınmayıb. Qeyd edək ki, bir müddət əvvəl Ancelina Coli ilə boşanma ərəfəsində olan Bredin Keytdən övladının olacağı da deyilib. İddialara görə, artıq bir neçə aydır birgə olan cütlük bunu gizlətməyə çalışır.
Digər məlumata görə isə A.Coli artıq keçmiş ərinin Hadsonla münasibətini və onun hamilə olduğunu bilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.