Avstryada faşizmi tərifləyib, İslamı pisləyən, Məhəmməd peyğəmbəri (s.ə.s) təhqir edən bir nəfərə iki il həbs cəzası verilib.
ANS PRESS-in məlumatına görə, prokurorluq cəzanın az olduğunu deyərək, artırılması üçün hərəkətə keçib.
Həbs qərarını Vyana bölgə məhkəməsi verib. 32 yaşlı danimarkalı kişi "internetdə faşiszmi təbliğ etmə və dini dəyərləri pisləmə"də ittiham edilir.
Danimarkalı gənc Vyanada 2010-cu ildən yaşayır və universitetdə kimya üzrə təhsil alır. O, "Facebook" səhifəsində faşizmi dəstəkləyib, yəhudi soyqırımını təkzib edib, Məhəmməd Peyğəmbəri (s.ə.s) təhqir edən ifadələr paylaşıb.
Onun əməlinin üstünü anti-faşist bir qrup açıb. Belə ki, təhqirləri görən qrup dərhal hüquq mühafizə orqanlarına müraciət edib.
Məhkəmə qərarını "səfehlik" adlandıran 32 yaşlı tələbə saxlandığı həbsxanada da svastika ilə divarlara şüarlar yazaraq dövlət əmlakına da ziyan vurub. Buna görə də o ayrılqda məhkəmədə cavab verməli olacaq.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.