Klapper: Kompromat iddialarını mediaya ABŞ kəşfiyyatı sızdırmayıb
ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper çərşənbə günü prezident seçilmiş Donald Trampa deyib ki, kəşfiyyat icması Rusiyanın Trampı şantaj etmək məqsədilə məlumata malik olması barədə sənədi yaratmayıb.
Çərşənbə axşamı Buzzfeed rəqəmsal media saytı Trampa dair bəzi iddialar irəli sürən dosyenin mətnini çap edib. Həmin dosyedə qeyd oluur ki, Tramp Moskvada olarkən nalayiq əməllərdə bulunub və Rusiya hökuməti illərdir ki, Trampı “dəstəkləyir və ona yardım göstərir.”
Klapper verdiyi bəyanatda ABŞ kəşfiyyatının bu informasiyanın dürüst olduğuna dair qərar vermədiyini bildirib və o, Trampa deyib ki, bu məlumatın mediaya kəşfiyyat tərəfindən sızdırıldığına inanmır.
Klapperin ona zəng etdiyini təsdiq edən Tramp Tvitterdə həmin dosyeni “saxta və uydurma” adlandırıb.
Tramp haqqında irəli sürülən iddiaları keçirdiyi mətbuat konfransında qəzəblə inkar edib.
“Biabırçılıqdır ki, bu cür informasiya açıqlanıb. Mən həmin informasiyanı gördüm. Mən bunu həmin görüşdən kənarda oxudum. Bunlar hamısı saxta xəbərlərdir. Uydurma şeylərdir. Belə bir şey baş verməyib,” o dedi.
Moskvada çıxış edən Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu iddiaların ABŞ-Rusiya münasibətlərinə xələl gətirməyə xidmət etdiyini bildirib.
“Xeyr, Kremlin Trampa dair kompromatı yoxdur. Bu informasiya həqiqətə uyğun deyil və uydurmadan başqa bir şey deyil,” o bəyan edib.
Nümayəndələr Palatasında Demokratların lideri Nensi Pelosi Donald Trampa qarşı iddiaların “ABŞ milli təhlükəsizliyinə təsir göstərməsinə” yol verilməməli olduğunu qeyd edib.
Trampın ABŞ-Rusiya münasibətlərinə yanaşmasına dair narahatlığını ifadə edən Pelosi qeyd edib ki, “Rusiyanın Donald Trampa dair hansı məlumata malik olduğu onu həmişə düşündürüb."
ABŞ kəşfiyyatçıları Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında ABŞ seçkilərinə müdaxilə edildiyi qənaətinə gəlib.
Rusca “komromat kimi tanınan bu növ materiallar tez-tez kəşfiyyat agetlikləri tərəfindən hazırlanır və onlardan mənfi PR və nəhayət şantaj, nəzarət məqsədləri üçün istifadə olunur.
“Heç kim trəəccüblənməməlidir ki, ruslar daim hansısa siyasətçiyə dair kompromat axtarırlar,” Nümayəndələr Palatasınən kəşfiyyat komitəsinin sədir Devin Nunes bildirib. “Mən nəticəyə atılmazdım. Ola bilsin ki, bu kontekstdən çıxarılıb,” deyə Tramp keçid komandası ilə işləmiş Nunes əlavə edib.
ABŞ kəşfiyyatçlıarı bu qəanətə gəlkiblər ki, Rusiya prezidenti Vladimir Putin Demokrat namizəd Hillari Klintonu sarsıtmaq və Donald Trampa kömək etmək məqsədilə ABŞ seçikilərinə müdaxilə etməyə göstəriş verib. Tramp Elektoral Kollegiyada səs çoxluğunu qazansa da ümumi səsvermədə Klintondan az səs toplayıb.
Tramp çərşənbə günü keçirdiyi mətbuat konfrasında Rusiyanın seçkiləriə müdaxilə etdiyini etiraf edib.
O, yanvarın 20-də ABŞ prezidenti səlahiyyətlərinin icrasına başlayacaq ("Amerikanın səsi").
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.