"LOVE" jurnalı son olaraq Yeni ildən öncə başladığı yarıçılpaq fotosessiya və kliplərini amerikalı model Keyt Upton ilə tamamlayıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Merilin Manro stilində olan 24 yaşlı model transparan alt paltarı ilə kameralar önündə müxtəlif pozalar verib.
"The Layover Alexandra Daddario" adlı filmə də çəkilən Keyt bir müddət əvvəl 5 illik sevgilisi Castin Verlander ilə nişanlanıb.
Xatırladaq ki, sonuncu dəfə dərgi üçün aktyor Silvestr Stallonenin 18 yaşlı qızı Sistin fotosessiya etdirib. O, qara rəngli alt paltarında olan "Cherry Bomb" qrupunun ifa etdiyi " The Runaways" mahnısının sədaları altında rəqs edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.