banner
banner

Sosİal

“Təzə bazar”da təhlükəli ətlər aşkar edilib

“Təzə bazar”da təhlükəli ətlər aşkar edilib

“Təzə bazar” MMC-də əti sümükdən ayıran gizli sexdə aşkar edilmiş qida üçün yararsız ətlərin laboratoriya müayinələri yekunlaşıb. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) mətbuat xidmətindən verilən məlumata görə, Respublika Baytarlıq Laboratoriyasında aparılan bakterioloji müayinə zamanı 19 nümunə ətdə və 5 nümunə daxili orqanda bakterioloji çirklənmə aşkar edib.

“Eləcə də bakterioloji müayinə zamanı 7 nümunə ətdə və 5 nümunə daxili orqanda salmonella typhimurium, 12 nümunə ətdə isə BÇQB (bağirsaq çöpü qrupunun bakteriyaları), stafilakokkus aureus aşkar edilib. Biokimyəvi müayinələrin nəticəsinə əsasən götürülən 19 nümunə ətin və 5 nümunə daxili orqanın keyfiyyətsiz olması, 5 nümunə ətin iribuynuzlu heyvanın aqoniya və ya öldükdən sonra kəsilməsi və bütün nümunələrin qida üçün, baytarlıq-sanitariya cəhətdən tamam yararsız olması müəyyən edilib. Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizasının nəticələri nəzərə alınaraq Məmmədağa İbrahimova məxsus “Təzə bazar" MMC-də gecələr gizli, qanunsuz fəaliyyət göstərən əti sümükdən ayıran sexdə aşkarlanan 14 ədəd hissələrə bölünmüş 320 kq heyvan əti, 5 ədəd heyvanın daxili orqanları və 5 ədəd ağ polietilen torbalarda olan 64 kq sümükdən ayrılmış heyvan ətləri barəsində qanunvericiliyə uyğun müvafiq qərar qəbul edilərək ciddi inzibati tədbirlər görüləcək”, - deyə bildirilib.

 cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.