banner
banner

Sağlamlıq

Şəkərli diabet xəstələrinə 6 məsləhət

Şəkərli diabet xəstələrinə 6 məsləhət
Şəkərli diabet xəstələri üçün 6 məsləhət:
1. Zədələnmə riskini nəzərə alaraq, dırnaqların və döyənəklərin təmizlənməsi zamani iti və kəsici əşyalardan (qayçı, döyənək bıçaqları, ülgüc) istifadə etməyin. Həmçinin döyənək və ya dırnaqları yumşaldan vasitələrdən (döyənək məlhəmlərindən, plastırlardan) hec vaxt istifadə etməyin.
2. Pəncərələrdə zədələnmiş dərini təmizləmək üçün spirtli məhlulardan (yodun spirtli məhlulu, brilliant yaşılı - "zelyonka"), həmçinin qatılaşdırılmış tünd kalium permanqanat məhlulundan istifadə etməyin.
3. Ayaqları qızdırıcının (elektrik daxil olmaqla), buxar istilik batareyalarının, elektrik qızdırıcılarının köməyi ilə isitməyin.
4. Ayaqqabısız gəzməyin, hətta evdə belə corab və ya cust (şəp-şəp) geyinin. Bu, həm pəncə dərisinin zədələnmə riskini azaldır, həm də pəncəyə düşən ağırlığın artmasını aradan qaldırır. Yüksək sürtülmə ehtimalı olduğu üçün yalın ayağa ayaqqabı geyinməyin.
5. Bütün gün ərzində və ya intensiv fiziki yük ( tez yürüş, başqa hərəkət aktivliyi) nəzərdə tutulubsa, yeni ayaqqabı geyinməyin.
6. Siqaret çəkmək orqanizmə ziyandır, xüsusən də ayaqlarınızın sağlamlığı baxımından təhlükəlidir. Siqareti atmaq heç zaman gec deyil!(immunitet.az)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.