banner
banner

Hərbİ

Ukraynada 237 hərbçi həlak olub

Ukraynada 237 hərbçi həlak olub

Ukraynada atəşkəsin pozulması nəticəsində 237 hərbçi həlak olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Serqeyev bəyan edib.

“Atəşkəs rejiminin pozulması 237 hərbçinin həlak olmasına səbəb olub. Eyni zamanda, ən azı 148 mülki şəxs silahlı münaqişənin qurbanı olub”, deyə Y.Serqeyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Ukrayna tərəfi Minsk razılaşmalarının həyata keçirilməsinə hazırdır. Y.Sergeyev həmçinin bildirib ki, rəsmi Kiyev bu razılaşmaların Rusiya tərəfindən də yerinə yetirilməsini gözləyir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.