banner
banner

Sosİal

QMİ: “Reket mollalarla bağlı məsuliyyət daşımırıq”

QMİ: “Reket mollalarla bağlı məsuliyyət daşımırıq”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 2016-cı ilin yekunlarına dair keçirdiyi konfransda Azərbaycanda reket mollaların olmasına diqqət çəkmişdi.
“Araşdırsanız, görərsiniz ki, məzarlıqda dalaşanların mollalıq etməyə icazəsi də yoxdur. Özü özünü molla kimi təqdim edir. Bunlar reket mollalardır”.

Maraqlıdır, reket mollalarla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) hər hansı tədbir görürmü?

Ümumiyyətlə, reket mollalara qarşı hüquqi iş aparıla bilərmi? Onların sayı çoxdurmu?

Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi. “Məşədi Dadaş” məscidinin imam-camaatı Hacı Şahin Həsənli Modern.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.

“Özünü din xadimi adlandıran bəzi insanlar var ki, heç bir dini təhsil almayıblar. Amma müəyyən yas mərasimlərində, yaxud da qəbiristanlıqlarda məclis aparırlar. Halbuki, Qurandan xəbərdar olan insan həmən dəqiqə bilir ki, o, heç Quran da oxuya bilmir. Bu cür insanların Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən hər hansı formada məclis aparmaq səlahiyyəti  yoxdur. Ona görə də insanlar din xadimlərinə müraciət edərkən bir qədər diqqətli olmalıdırlar ki, bu işə səlahiyyətli insanları cəlb edə bilsinlər. Çünki o cür insanların Quran oxuması düzgün deyil”.

İlahiyyatçının sözlərinə görə, reket mollalarla bağlı insanlardan QMİ-yə şikayət daxil olmayıb.

“Sadəcə, QMİ tərəfindən mütəmadi olaraq,  təkmilləşdirmə kursları keçirilir. Bəzi din xadimlərinə səlahiyyət verilir ki, yas mərasimlərində iştirak edib, məclisi idarə etsinlər. Eyni zamanda, belə mollalarla bağlı QMİ məsuliyyət daşımır. Bunun hüquqi mexanizmi yoxdur. Sadəcə olaraq, insanlar özləri etimad etdikləri, dini görüşlərinə əmin olduqları din xadimlərinə etibar etməlidirlər. Bu cür reket mollalarla mübarizə apararkən insanlar  diqqətli olmalıdırlar. Çünki bunu qanunla tənzimləmək mümkün deyil”.


Hacı Şahin Həsənli, reket mollaların uzaqlaşdırılmasından xəbərsiz olduğunu deyib.


“QMİ tərəfindən uzaqlaşdırılan reket mollalarla bağlı konkret nəsə deyə bilməyəcəm. Xəbərim yoxdur”.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.