banner
banner

Dünya

Müxalifət prezidentə qarşı savaşa başladı

Müxalifət prezidentə qarşı savaşa başladı
Moldova Liberal Partiyası Prezident İqor Dodonun istefası ilə bağlı parlamentdə təşəbbüslə çıxış edəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında partiya lideri Mixay Qimpu söyləyib.
 
O, Dodonun Moldova konstitusiyasını pozduğunu bildirib:
 
“Dodon Dnestryanı lideri Vadim Krasnoselskini prezident seçilməsi münasibəti ilə təbrik edib. Bununla da prezident Moldova konstitusiyasını pozub. Prezident bununla həm də qondarma respublikanı tanımış olub. Biz prezidentin istefa prosesinin başladılması üçün 34 imza toplamaq istəyirik. Əgər parlament Dodonu istefaya göndərsə, bu məsələ referenduma çıxarılacaq”.
 
Qeyd edək ki, Dodon rusiyayönlü siyasətçidir. O, Moldovanın Avropa Birliyi əvəzinə Avrasiya İttifaqı yönündə irəliləməsini istəyir.
 
Dodon hazırda Rusiyada səfərdədir. Onun səfəri yanvarın 18-nə qədər davam edəcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.