Naməlum silahlı şəxslərin hücumu nəticəsində Bingöl əyalətinin polis rəisi ağır yaralanıb, onu müşayiət edən zabitlər isə həlak olub.
APA-nın “Hürriyyət” qəzetinə istinadən verdiyi xəbərə görə, insident ötən gün axşam saatlarında, əyalət polis idarəsinin rəisi Atalay Ürkərin kütləvi iğtişaşlar zamanı zərər dəymiş müəssisələrə baxış keçirdiyi zaman baş verib. Naməlum silahlı şəxslər Ürkərə və onu müşayiət edən köməkçilərinə atəş açıblar.
APA-nın bundan əvvəl verdiyi xəbərə görə, Türkiyədə bir neçə gün əvvəldən başlamış iğtişaşlar davam edir. Rəsmi məlumatlara görə, bu günə qədər 27 şəhər mərkəzində və 68 rayonda iğtişaş baş verib. Hadisə nəticəsində 28 nəfər ölüb, 170 polis nəfəri yaralanıb, 217 nəfər saxlanılıb.
Qeyd edək ki, son bir neçə gündə İŞİD-in Suriyanın Kobani rayonuna hücum etməsinə Türkiyənin müdaxilə etməməməsi bəhanəsi ilə PKK terror təşkilatının tərəfdarları Türkiyənin əksər şəhərlərində iğtişaşlar törədirlər.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.