İnsanların arasında yaşayan yadplanetli irqlər – Video
Lyranların bizim ən qədim əcdadlarımız olduqlarına inanan elmi nəzəriyyələr var.
Axar.az xəbər verir ki, bu haqda Yutub şəbəkəsində insanlar arsında yadplanetlilərlə əlaqədən törəmiş irqlərin mövcudluğundan bəhs edən videoda söz açılır və bu tip 5 irqin mövcudluğu haqda iddia irəli sürülür.
Həmin irqlər haqda bəzi fikirləri təqdim edirik:
Lyranlar
Bəzi elm adamları Samanyolu qalaktikasında ilk mədəniyyəti quran insanların lyranlar olduğuna inanırlar. Billi Meier adlı şəxs bir UNO ilə təmasa keçdiyini iddia edir, hətta bu hadisəylə bağlı əlində fotolar olduğunu deyir.
Billi lyranlar haqda danışan ilk insandır.
Arkturianlar
Arkturianlar ilə də əlaqəyə keçdiyini iddia edən bir neçə insan var.
Onlara görə, bu irq qalaktikamızda olan ən qədim yadplanetlilərdir və eyni zamanda insanların bu anda yiyələndikləri texnologiyaya bir milyon il əvvəl nail olublar.
Bu gün isə Samanyolu qalaktikasında ən üstün texnologiyaya sahibdirlər.
Telosianlar
Telosianların Yer üzündən silinmiş ən qədim sivilizasiyanın həyatda qalmağı bacarmış son təmsilçiləri olduğuna inanılır.
Uzun boylu, sarışındırlar.
Bəzi insanlar onların su altına batan qitələr - Atlanta və Lemuryadan sağ çıxa bilmiş tək canlı olduqlarına, bəziləri isə bundan da xeyli əvvəldən Yer üzündə yaşadıqlarına inanır.
Mütəxəssislərin fikrincə, bu sivilizasiyanın adı Telosdur və Kaliforniyada yerləşən Şasta dağının altında məskunlaşıblar.
Alfa kentavrianlar
Alfa kentavrianlar Yer üzündəki bütün insanları, hətta Samanyolu qalaktikasındakı bütün başqa canlıları yox edə biləcək gücə sahibdirlər.
Kainatdakı ən inkişaf etmiş texnologiyaya malik irqlərdən biri olduqları güman edilir.
Bu irqdən olanlar hədisz dərəcədə dərrakəli, bir o qədər də maraqcıldırlar.
Pleyadianlar
Əvvəllər pleyadianların lyanların törəmələri olduğu hesab edilirdi. Yerdən 400 işıq ili uzaqda, Pleyad ulduz sistemində yaşayırlar.
İndiki insan sivilizasiyasının yaradılmasında önəmli rollarının olduğu ehtimal edilir.
Billi Meier pleyadianların təmsilcisi olduğunu iddia edir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.