banner
banner

Dünya

Rusiya İrəvana 300 milyon ayırır

Rusiya İrəvana 300 milyon ayırır
Ermənistan hökuməti ümid edir ki, bu il ölkə iqtisadiyyatına Rusiyadan minimum 300 milyon dollar investisiya yatırılacaq.
 
Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Aykakan Jamanak” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
 
Qəzet investisiyaların məhz iqtisadiyyatın hansı sahələrinə yönəldiləcəyini açıqlamayıb:
 
“Bizim mənbələrin məlumatına görə, bu barədə siyasi qərar Rusiya rəhbərliyi tərəfindən qəbul edilib. Onlar bununla Karen Karapetyan hökumətinə dəstək vermək istəyirlər. Bu dəstək Karapetyanın Ermənistanın hakim dairələrində mövqelərinin gücləndirilməsinə və ictimaiyyət qarşısında nüfuzunun artırılmasına yönəlib. Qeyd edək ki, 300 milyon dollar bizim iqtisadiyyat üçün elə də böyük məbləğ deyil. Lakin əgər 2016-cı ildə ölkəyə xarici investisiyaların ümumi axınının bu rəqəmin heç yarısı qədər olmadığını nəzərə alsaq, o zaman Moskvanın dəstəyinin öz hədəfinə çatacağını təsdiq edə bilərik”.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.