banner
banner

Gündəm

Aqil Abbas: “Demək ki, 50 faiz müəllim getdi işinin dalınca”

Aqil Abbas: “Demək ki, 50 faiz müəllim getdi işinin dalınca”

Parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deputat Aqil Abbas musiqi məktəblərinə şagird qəbulunun azaldılması ilə bağlı verilən tapşırığa sərt reaksiya verib.

A. Abbas xatırladıb ki, mədəniyyət sahəsinə ayrılan vəsait 3 milyon artırılıb.

“Amma biz bunun nəticəsini görmürük. Bu il musiqi məktəblərinə 50 faiz şagird qəbulunun azaldılması məsələsini irəli sürüblər. Biz onda bu pulu necə artırmışıq? Əgər 50 faiz şagird azaldılırsa, demək ki, 50 faiz müəllim də getdi işinin dalınca. Bizim musiqiyə bu qədər diqqət yetirilir, dünyada təbliğ edilir. Dünyanın ən möhtəşəm salonlarında çıxış edirik.

Bəs azaldılırsa sabah o musiqini kim çalacaq? Axı oxuyanların da hamısı Alim Qasımov olmur ki? Bunun içindən də istedadlar seçilir. Əksinə, musiqi məktəblərində tələbənin sayını artırmaq lazımdır. Çünki rayonlarda musiqi məktəbinə düşmək üçün qırğın gedir”.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.