Çempionlar Liqasının qrup mərhələsində dünən keçirilən "Roma" - CSKA (Moskva) matçından sonra insident yaşanıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, matç bitən kimi qarşılaşmanın oynanıldığı Romanın "Olimpiya" stadionunun ətrafında hər iki komandanın azarkeşləri arasında dava düşüb.
Bunun nəticəsində bir rusiyalı azarkeş bıçaqlanıb, digəri isə başından yaralanıb. Onların müalicə olunduğu bildirilib.
Qeyd edək ki, "Roma" - CSKA matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.