“Reina”da terror törədən şəxs: “Lütfən, məni öldürməyin”
Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən və yanvarın 16-na keçən gecə Esenyurtda yaxalanan terrorçu Abdulkadir Maşaripovla bağlı yeni məlumatlar üzə çıxıb. Cia.az saytı xəbər verir ki, Lent.az-ın məlumatına görə, Raqqadan təlimat aldığını etiraf edən terrorçunun pulu da həmin qaynaqdan əldə etdiyini yazıb. Qeyd edilib ki, Maşaripovu idarə edən Hoca Akın adlı şəxs İŞİD-in Türkiyə əmiridir və əsl adı İlyasdır. Onlar internetdəki mesajlaşma proqramlarından biri vasitəsi ilə daim əlaqədə olub.
Bildirilir ki, İstanbul polisi əməliyyat keçirərkən terrorçu qaçmaq planı üzərində işləyirmiş. Həmin vaxt digər İŞİD üzvləri Maşaripovu gizli yollarla Türkiyədən çıxarmaq üçün hazırlıq görüblər. Onlar Maşaripovu Raqqaya çatdırmaq istəyiblər.
Məlum olub ki, hadisədən sonra Maşaripov yaş yarımlıq qızı və həyat yoldaşından ayrılıb və 4 yaşlı oğlu ilə gedib. Lakin əməliyyat keçirilən evdə uşaq tapılmayıb. Polis hazırda həmin uşağı axtarır.
O da bildirilir ki, polisin mənzilə basqını zamanı terrorçu onlara yalvararaq “Lütfən, məni öldürməyin”,- deyib.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.