Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir. Bu maddələr orqanizmdən artıq mayeni çıxarır və ürəyin normal fəaliyyətinə müsbət təsir göstərir. Bu səbəbdən ateroskleroz, gipertoniya və ürək-damar xəstəliklərində qida rasionuna çuğundur əlavə etmək məsləhət görülür. Çuğundurun tərkibində pektin maddəsinin miqdarı çoxdur və bu maddə orqanizmə radioaktiv metalların təsirindən qorunmağa, zərərli mikro orqanizmlərin yaranmasının qarşısını almağa və zərərli xolesterini orqanizmdən çıxarmağa kömək edir. Çuğundur qan yaradır. Tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır. Yorğunluq, əldən düşmə nəticəsində yaranan ciddi xəstəliklər zamanı məsləhət görülür. Çuğundur şirəsi qanın tərkibini yaxşılaşdıran ən yaxşı şirə sayılır. Amma bu şirəni yavaş-yavaş içmək lazımdır. Çünki 1 stəkan çuğundur şirəsi ürəkbulantısı və başgicəllənməsinə səbəb ola bilər. Çuğundur şirəsi angina, soyuqdəymə və faringitin müalicəsində də tətbiq edilir. Bu şirənin damcısı eşitmə qabiliyyətini yaxşılaşdırır.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.