banner
banner

Sağlamlıq

Baş beyin damarlarını təmizləyən təbii metodika

Baş beyin damarlarını təmizləyən təbii metodika

Baş beyin damarlarının təmizlənməi çox mühüm prosedurdur! Bu, boyun ağrısı, osteoxondroz və ateroskleroz kimi müxtəlif xəstəliklərin xeyli yaxşılaşmasına kömək edir.

Saglamolun.az Publika.az istinadən bildirir ki,damarların mütəmadi olaraq təmizlənməsi baş ağrılarından xilas olmağa kömək edəcək, xroniki yorğunluq aradan qalxacaq, zehniniz daha yaxşı inkişaf edəcək, kefiniz və qavrama qabiliyyətiniz yaxşılaşacaq.

Baş beyin damarlarını təmizləyən səmərəli və etibarlı reseptlər:

1-ci metodika: Bal və qoz ləpəsi

5 qoz ləpəsini bir xörək qaşığı təmiz balla qarışdırıb bir çimdik darçın və zəncəfil tozu əlavə edin. Əldə edilən cövhəri bir gün soyuducuda saxlayın. Müalicəvi qarışığı gündə üç dəfə yeməkdən yarım saat əvvəl bir xörək qaşığı qəbul etmək lazımdır.

2-ci metodika: Soğan suyu və bal

Stəkanın üçdə biri qədər soğan suyu sıxın. Onu 1 stəkan təmiz balla qarışdırın. Cövhər gündə üç dəfə yeməkdən yarım saat əvvəl qəbul olunmalıdır. Müalicəvi qarışıq damarları təmizləyəcək, həm də immuniteti möhkəmləndirəcək.

3-cü metodika: Təbii şirələr

Hər gün nahar və şama yarım saat qalmış yarım stəkan nar şirəsi (kök və alma şirəsi də ola bilər) için. Meyvə şirəsi alan zaman onun maksimum təbii və təzə olmaına fikir verin.

4-cü metodika: Atpıtrağı bitkisinin suyu

Bir ovuc (təxminən 10 qram) qurudulmuş atpıtrağı köklərini 8-10 saat termosda dəmləyin. Bundan sonra süzülüb soyuq yerə qoyun. Səhər yeməyindən yarım saat əvvəl 4 xörək qaşığı qəbul etmək lazımdır. Müalicə müddəti bir ay davam edilməlidir.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.