İmtahan stressi - olduqca ciddi, psixoloji bir vəziyyətdir. Ümumiyyətlə, hər kəs - istər məktəbli, istər sürücü, istər tələbə həyatında bir dəfə də olsun imtahanla rastlaşıb. Ona görə də imtahan həyəcanı heç kimə yad deyil. Stressin baş verməsi insanın orqanizmindən, psixologiyasından, beyin tipindən irəli gəlir.
Ancaq elə insanlar var ki, imtahan stressini çox ağır yaşayır. Araşdırmalar göstərir ki, 30 yaşından yuxarı çox az insan bu gərginliyə tab gətirə bilir. Hətta bu stressə görə dünyasını dəyişənlər, psixoloji sarsıntı keçirənlər, aylarla xəstəxanada yatanlar, müalicə alanlar belə olur.
Bugünlərdə imtahan stressinə görə Gəncə Dövlət Universitetinin magistri İbrahim Həşimlinin dünyasını dəyişməsi imtahanın insan həyatına nə dərəcədə dərin psixoloji təsir göstərdiyini deməyə əsas verir. İmtahandan sonra özünü pis hiss edərək dünyasını dəyişən İbrahim Həşimli öz facebook profilində imtahanlarla bağlı yanvarın 15-də sonuncu paylaşımını edib.
O, “imtahan qurtarsın, şeir paylaşacağam. Birdən kəsərlər imtahandan...” statusunu yazıb. Qeyd edək ki, pedaqoji fakültənin magistratura mərhələsində təhsil alan 1994-cü il təvəllüdlü İbrahim Həşimli yazılı imtahanda iştirak edib və daha sonra fakültənin dəhlizində müvazinətini itirərək yıxılıb. Dərhal təcili yardıma müraciət edilib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Universitetdən bildirilib ki, İ. Həşimli epilepsiya tutması keçirib.
Ümumiyyətlə, imtahan diqqət mərkəzləşməsi, eyni zamanda tez və doğru cavab tələb edən çətin situasiyadır. Məhz belə bir anda orqanizmdə “stress verən” mexanizm fəaliyyətə başlayır. Təbii olaraq bu da imtahanqabağı stressə gətirib çıxarır. Bu “böhran” vəziyyətinin əlamətləri isə yüksək həssaslıq, yorğunluq, mübarizə əzminin itməsi, iştahanın itməsi, yaxud əksinə, gecə yuxusuzluğu və gündüz yatmaq həvəsinin olması və s. əlamətlərdir.
Bir çox həkimlər də təsdiqləyir ki, imtahanlarda yaşanan stress və həddindən artıq həyəcan ürəkdə ritm pozuqluğuna və ani ölümlərə səbəb ola bilir. Belə ki, stress bədəndə bəzi hormonların ifraz olunmasına səbəb olur. İfraz olunan hormonlar isə nəbzin və təzyiqin yüksəlməsinə gətirib çıxarır. Nəbz, yəni ürək döyüntüsü yüksəlincə isə insanda halsızlıq, baş gicəllənməsi, yerindən qalxa bilməmək kimi çətinliklər ortaya çıxır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla sinir sistemi zəif, problemi olan uşaqlarla işləmək lazım olduğunu dedi: “Emosional, sinir sistemində problem olan adamlarla işləmək lazımdır. Valideynlər özləri gərək bununla maraqlanıb, narahat olsunlar. Bu hadisələr dünyanın hər yerində baş verə bilər. Biz Amerikada, Avropa ölkələrində nələr baş verir, onlardan xəbərsizik. Sadəcə olaraq, sinir sistemi zəif, problemi olan uşaqlarla işləmək gərəkir. Uşaq vaxtından həmin insanı müşahidə edən pediatr, valideynlər var. Onlar bunu əvvəlcədən görürlər ki, imtahan müddətində bu uşaqlarda problem ola bilər. Onun həyəcanından hiss etmək olur. Yaxşı olar ki, psixoloq və ya müvafiq həkim bu cür uşaqlara baxsın, müəyyən məsləhətlər versin”.
Bir çox təhsil ekspertləri zaman-zaman imtahanların, xüsusən də test imtahanlarının gərəksiz olduğunu və uşaqların beynində bir mexanizmləşmə yaratdıqlarını bildirirdilər. Ancaq buna baxmayaraq, indi hətta 1-ci sinfə qəbul olan 6 yaşlı uşaqlar belə imtahan verirlər.
“XX Əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev fənnini yaxşı bilən uşaqların heç bir həyəcan keçirmədiyini dedi: “Dövlət İmtahan Mərkəzinin imtahanları həyəcan tələb etmir. Fənnini yaxşı qavrayan uşaqlar heç bir həyəcan keçirmir. Həyəcanı o uşaqlar keçirir ki, fənni orta səviyyədən aşağı bilirlər və nəticədə həyəcan keçirirlər. Hətta televiziyada təqdim olunan dərman preparatlarını qəbul edir, məscidlərə gedirlər. Düzdür, imtahan müəyyən psixoloji gərginlik yaradır. Amma intihara, yaxud da başqa sarsıntılara səbəb olmamalıdır. Bilik qazanmaq insana məmnunluq gətirir. Çox zaman imtahana görə sarsıntı keçirənlər fənni yaxşı bilməyənlərdir. Burada elə bir problem yoxdur; uşaq tədris olunan materialları yaxşı dərk etmirsə və ya qrupu üzrə fənləri dərindən bilmirsə, təhsilin başqa pillələrinə gedə bilər. Məsələn, kolleclər, peşə məktəbləri və s. var. İndi tətbiq olunan imtahan üslubu mənə elə gəlir ki, çox gərginlik yaratmayan qaydadır. Ancaq bir məsələ də var ki, uşaqların çoxu ali məktəblərə testlər üzrə hazırlaşırlar. Yaxşı olar ki, dərsliklər üzrə hazırlaşsınlar. Materialı mənimsədikdən sonra əlbəttə ki, test tapşırıqlarını həll etmək bir o qədər çətinlik yaratmayacaq”.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.