banner
banner

Dünya

Gürcüstan ordusu hərbi təyyarəsiz qala bilər

Gürcüstan ordusu hərbi təyyarəsiz qala bilər
Bir sıra pilotlar və hərbi texnikalar Gürcüstan Hərbi Hava Qüvvələrini tərk edirlər.
Axar.az “Qruziya Onlayn” saytına istinadən xəbər verir ki, bu pilotlar Gürcüstan Müdafiə Nazirliyinin hazırladığı ixtisar siyahısı nəticəsində ordudan uzaqlaşdırılıblar. Üstəlik, aviasiya bazası KİV üçün qapadılıb. Orduda olan təyyarə və vertolyotların da taleyinin necə olacağı bilinmir. Baş Qərargah Su-25 təyyarələri, İrokez və Mi-24 vertolyotlarının taleyini strateji icmal sənədini əldə etdikdən sonra müəyyən edəcək.
 
Qeyd edək ki, hərbi təyyarələrin satılması haqqında informasiya Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrində islahat keçirmək istəməsi haqqında
sonra yayılıb. Parlament də həmçinin hərbi aviasiya ilə bağlı prosesləri izləyir. Vahid Milli Hərəkat Partiyası ordunu aviasiyasız qoymağın əleyhdarı olduğunu artıq bəyan edib.
 
Hazırda Gürcüstan ordusunda 10-dan çox Su-25 təyyarəsi var. Əgər Müdafiə Nazirliyi hərbi təyyarələrdən onların saxlamağın bahalı olmağı ucbatından imtina etsə, ordu hərbi aviasiyadan tam məhrum olacaq.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.