banner
banner

Hərbİ

Almaniya mediası: Ermənilər vandalizmə əl atırlar

Almaniya mediası: Ermənilər vandalizmə əl atırlar
Almaniyanın “Naxrixten Ekspress” xəbər saytında “Bakı: Ermənistan Azərbaycan əsgərlərini vandalizmə məruz qoyur” sərlövhəli məqalə verilib.
 
Axar.az xəbər verir ki, məqalədə bildirilir: Ermənistan əsgərləri 2016-cı il dekabrın 29-da Azərbaycana qarşı keçirdikləri uğursuz hərbi əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Çingiz Qurbanovun cəsədini Ermənistana aparıb və burada vandalizmə məruz qoyublar.
 
Qeyd olunur ki, Azərbaycanın Xarici İşlər Nazirliyi dekabrın 30-da verdiyi bəyanatda Ermənistanı etik-mənəvi prinsipləri pozmaqda ittiham edib. Bəyanatda Ermənistanın öldürülən Azərbaycan əsgərlərinin cəsədlərini təhqir etməsinin məqsədli strategiya olduğu və bununla Azərbaycan tərəfini qorxutmaq məqsədi daşıdığı göstərilib.
 
Məqalədə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qısa arayış verilir, 2016-cı il aprel hadisələrinə toxunulur, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyi vurğulanır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.