banner
banner

Dünya

İtaliyada baş verən zəlzələ nəticəsində ölən və itkin düşən var

İtaliyada baş verən zəlzələ nəticəsində ölən və itkin düşən var
İtaliyada baş verən zəlzələ nəticəsində bir nəfər ölüb, daha bir nəfər itkin düşmüş hesab edilir.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Kastel-Kastanya yaşayış  məntəqəsində xilasedicilər 83 yaşlı kişinin meyitini dağıntılar altından çıxarıblar. Daha bir nəfərin itkin düşdüyü bildirilir.
 
Bundan əvvəl Kastilyone şəhərində xilasedicilər ana və övladını dağıntılar altından çıxarıblar. Onların həyatlarına təhlükə olmadığı bildirilir.
 
Ötən gün İtaliyanın mərkəzi bölgəsində bir-birinin ardınca 5,6 bal gücünədək 4 zəlzələ baş verib. Zəlzələ paytaxt Romada da hiss olunub. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.