Azərbaycanda, xüsusilə Qərb bölgəsində vətəndaşların təsərrüfatda istifadə etdikləri uzunqulaqlar yoxa çıxır. Qərb rayonlarından kənd sakinlərinin saytımıza verdiyi məlumata görə, son vaxtlar uzunqulaq oğruları peyda olub. Oğurlanan eşşəklərin kolbasa-sosiska sexlərinə verilməsi, hətta Bakıda dana əti adı altında satışa çıxarılması barədə iddia irəli sürənlər də var. Qeyd edək ki, məsələ Kənd Təsərrüfatı Nazirliyinin də diqqətindədir. Nazirliyin mütəmadi keçirdiyi reydlərdə istifadəyə tam yararsız və insan sağlamlığına ciddi təhlükə yarada biləcək ətlər aşkarlandığı hər kəsə bəllidir.
Əslində rəsmi statistika da respublika ərazisində uzunqulaqların sayında kəskin azalma olduğunu təsdiq edir.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2016-cı il yanvarın 1-i vəziyyətinə görə Azərbaycanda 35 816 uzunqulaq var.
2015-ci ilin analoji dövründə respublika ərazisində uzunqulaqların sayı 39 992 uzunqulaq mövcud olub.
2015-ci ilin anoloji dövrü ilə müqayisədə 2016-cı ildə Azərbaycanda eşşəklərin sayı 4176 baş azalıb.
Məlumatda bildirilib ki, uzunqulaqların 78,3 faizi regionlarımızda əsasən yük daşımalarına cəlb olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.