Şəhid hərbçimizin nəşini düşməndən geri almağın yolu...
Ermənistan növbəti dəfə beynəlxalq öhdəlikləri və konvensiyaları pozaraq ötən ilin 29 dekabrında dövlət sərhədində düşmən təxribatı nəticəsində şəhid olmuş Azərbaycan hərbçisi Qurbanov Çingiz Salman oğlunun nəşini qaytarmaqdan imtina edir.
Artıq beynəlxalq təşkilatlardan da gec də olsa, bununla bağlı reaksiyalar gəlir, İrəvana mesajlar verilir. NATO Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində sülh yolu ilə həllini dəstəkləməkdə davam edir. Bunu “Trend”ə müsahibəsində NATO-nun rəsmi nümayəndəsi deyib. Müsahibin sözlərinə görə, münaqişələrin dinc yolla həlli NATO-nun başlıca dəyəridir. O qeyd edib ki, bu həm də “Sülh naminə tərəfdaşlıq” proqramının iştirakçılarının əsas məqsədlərindən biridir. Nümayəndə deyib ki, NATO ATƏT-in azərbaycanlı hərbçinin meyitinin Ermənistan tərəfindən qaytarılması tələbi ilə bağlı bir neçə gün əvvəl verdiyi bəyanatını dəstəkləyir.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer isə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun meyitinin qaytarılması ilə bağlı ona ünvanlanmış müraciətinə cavab verib. Bu barədə APA-ya Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı məlumat verib. “Peter Maurer ombudsmanın məktubuna cavab verərək bildirib ki, onlar hadisənin inkişafını diqqətlə izləyir və ən yaxın zamanda bütün tərəflərin razılığı əsasında şəhid əsgərimizin cənazəsinin qaytarılması üçün çalışmağa davam edəcəklər”, - deyə A. Səfixanlı söyləyib.
“Ötən ilin 29 dekabr tarixində Ermənistan tərəfindən təmas xəttində həyata keçirilən təxribat nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid olub və onun nəşi bu günə qədər Azərbaycana qaytarılmayıb”. Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin yanvarın 19-da keçirilən iclasında deputat Hikmət Məmmədov (Babaoğlu) deyib. O bildirib ki, Ç. Qurbanovun hüquqlarının qorunması ilə bağlı bütün Azərbaycan xalqı səfərbər olub. Deputat qeyd edib ki, bu məsələ dövlət başçısı İlham Əliyevin birbaşa diqqətindədir: “Amma düşünürəm ki, Milli Məclisin İnsan hüquqları komitəsi olaraq bu məsələ ilə bağlı bəyanat qəbul edə bilərik”.
Politoloq Elxan Şahinoğlu çıxış yolunu konkret olaraq belə görür: “Əsgərimizin nəşini geri almaq üçün gərək bir-iki erməni əsgərini öldürüb sonra düşmənin qarşısına şərt qoyaq”.
“Əgər bu məsələ beynəlxalq normalar çərçivəsində həll olunmursa, bunu hərbi yolla həll etmək lazımdır”.
Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a belə dedi. Onun sözlərinə görə, işğalçının hansısa hərbçisini əsir götürmək və onu əsgərimizin meyiti ilə dəyişmək lazımdır: “Əgər onlar beynəlxalq qanunlara əməl etmirlərsə, deməli, bizi bu variantı əl atmağa vadar edirlər. Biz neçə yüz km-lik təmas xəttində ermənilərlə üz-üzə durmuşuq, bu yola əl atmağa geniş imkanımız var. Artıq meyitin qaytarılması üçün ayrılan müddət keçib, beynəlxalq normalara əməl olunmayıb. Hətta əsirlə də bu cür davranmaq olmazdı, nəinki meyitlə. Meyit kimə məxsusdursa, o torpağa tapşırılmalıdır, burada ikinci söhbət ola bilməz. Lap bir ay, beş ay saxladılar, sonra? Onlar insaniyyətdən o qədər uzaqlaşıblar ki, belə iş tuturlar. Əgər əsgərimizin meyiti qısa müddətdə qaytarılmasa, biz elə şərait yaratmalıyıq ki, ermənilər özləri yalvarsın, desinlər gəlin meyitinizi aparın”.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə dedilər ki, hələlik şəhid əsgərimizin qaytarılması ilə bağlı hər hansı yenilik yoxdur.
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.
Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.