Alimlər antibakterial sabunlardan istifadənin insanların ömrünü qısaltdığını bildirirlər.
Tədqiqatın nəticələrinə görə, sabundakı antibakterial və gigiyenik təsirli kimyəvi tərkiblər ömrü qısaldır. Siçovulların üzərində aparılmış təcrübə nəticəsində məlum olub ki, yedirmə dövründə triklokarban maddəsinin təsirinə məruz qalan siçovulların ömrü nəzərə çarpacaq dərəcədə qısalır. Tədqiqata əsasən inkişafın erkən mərhələsində - laktasiya dövründə orqanizm triklokarbanın neqativ təsirinə məruz qalır. Alimlərə görə, triklokarban kişi cinsindən olan siçovullarda artıma və cinsiyyət orqanlarının inkişafına mənfi təsir göstərə bilər. Mütəxəssislər tədqiqat nəticəsində yedirmə dövründə və ya ana bətnində bunun nəslə təsir edə biləcəyini müəyyən etməyə çalışıblar.
Alimlər hamiləlik dövrünə görə siçovulları (siçovullarda 21 gün davam edir) iki qrupa bölüblər. Birinci qrupu adi yemlə yediriblər, digər qrupun yeməyinə triklokaban əlavə ediblər. İkinci qrup siçovulların qanında 0,6 faiz triklokarban müşahidə olunub, bu, 15 dəqiqə ərzində duş qəbul etmiş insanın qanındakı triklokarban maddəsinin miqdarına uyğundur. Nəticədə məlum olub ki, qida vasitəsilə kimyəvi maddə qəbul edən siçovulların ömrü daha qısadır. Bundan başqa, alimlər kimyəvi maddənin zərərli təsirini məhz yedirmə dövrü ilə əlaqələndirirlər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.