banner
banner

Dünya

Astanada Suriya böhranı üzrə məsləhətləşmələr başa çatıb

Astanada Suriya böhranı üzrə məsləhətləşmələr başa çatıb
Qazaxıstanın paytaxtı Astanada Suriya böhranı üzrə danışıqlar ərəfəsi Rusiya, İran və Türkiyə nümayəndə heyətlərinin məsləhətləşmələri başa çatıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, altı saata yaxın davam edən görüşdə Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev, İran xarici işlər nazirinin müavini Hüseyn Ənsari və Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal iştirak edib.
 
Qeyd edək ki, Suriya nizamlanması üzrə beynəlxalq görüş Astanada yanvarın 23-də başlayacaq.  İran, Türkiyə və Rusiya nümayəndə heyətləri artıq Astanada səfərdədir. BMT-nin xüsusi elçisi Staffan de Mistura da Suriya üzrə danışıqlarda iştirak etmək üçün Astanaya gedib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.