banner
banner

İdman

Bojinovun “Qəbələ”yə keçidi başa tutmadı

Bojinovun “Qəbələ”yə keçidi başa tutmadı

Serbiyanın "Partizan" klubunun futbolçusu Valeri Bojinovun "Qəbələ"yə keçidi baş tutmayıb.
Cia.az-ın məlumatına görə, bu barədə 31 yaşlı hücumçunun özü açıqlama verib. 
Bolqarıstanlı oyunçu "Partizan"ın "Qəbələ"dən böyük məbləğdə transfer haqqı istəməsini səbəb göstərib. 
O, hazırda Sloveniyada təlim-məşq toplanışında olan komandasının düşərgəsinə yollanacağını və hədəfinin çempionluq olduğunu söyləyib. 
Bolqarıstan mətbuatı Bojinovun "Qəbələ"yə keçidinin son anda baş tutmadığını yazıb. Hətta bildirilir ki, təcrübəli futbolçu Azərbaycan klubuna mümkün keçidi ilə əlaqədar Belqradda qalıb və əşyalarını toplamağa başlayıb. Amma transferi alınmadığından sonra Sloveniyada hazırlıq keçən "Partizan"ın düşərgəsinə qoşulmalı olub. 
Ona Türkiyə, Yunanıstan və Yaponiyadan da təkliflər olub. Lakin həmin təkliflər də klubların razılığa gələ bilməmələri üzündən gerçəkləşməyib. 
Qeyd edək ki, Valeri Bojinov əvvəllər İtaliyanın "Leççe", "Fiorentina", "Yuventus", "Parma", İngiltərənin "Mançester Siti" və Portuqaliyanın "Sportinq" kimi məşhur klublarının formasını geyinib. 
O, 2015-ci ilin yayından çıxış etdiyi "Partizan"da 51 oyuna 23 qol vurub (sportnet.az).

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.