Məhkum yaxınları həbsxanaya qoşun yeridildiyini, Penitensiar Xidmət belə şey olmadığını deyir
"Yanvarın 22-də qohumlarımız 1 saylı cəzaçəkmə müəssisəsinə görüşə gedib. Heç kimə görüş verməyiblər, hamını qovub çıxardıblar. Səbəbi də həbsxanaya qoşun yeridilməsi olub".
Bunu "Azadlıq Radios"una adını çəkmək istəməyən məhbus yaxınlarından biri deyib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsindəki məhbuslar döyülürmüş:
“İNDİ DƏ QOŞUN ORDADIR”
Başqa bir məhbus yaxını da AzadlıqRadiosuna deyib ki, yanvarın 22-də günorta 1 saylı həbsxanadakı məhbuslardan birinə baş çəkməyə gedib: "Birdən qara maskalılar, əsgərlər doluşdular 1 saylı həbsxanaya. Hamımızı çölə çıxardılar. Bu həbsxanada məhbuslar bahalığa etiraz ediblər və buna görə daxili qoşun əsgərləri və qara maskalılar yeridilib. Məhbusları döyüblər, hətta “dubinka”larda qan izləri görən olub. Bir qrup məhbusu da qara maskalılar maşınlara doldurub harasa apardılar. Biz indi burda dayanmışıq, vəziyyət bir qədər sakitləşib. Məhbuslar deyir ki, içəridə çox bahalıqdır. Misal üçün, çöldə 1 10 qəpik olan siqaret içəridə 1 manat 80 qəpikdir. Bundan başqa həbsxananın yeməkxanasında "perlovı"dan başqa heç nə verilmir. Buna etiraz ediblər, onların etirazına da belə zorla cavab verilib”.
Mehman Sadıqov
“YALANDIR”
Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna deyib ki, 1 saylı müəssisədə belə bir hadisə olmayıb: "Ora nə qoşun yeridilib, nə də məhkumlar döyülüb. Daxili nizam qaydalarına uyğun müəssisədə fəaliyyət davam edir. Deyilənlər yalandır".
1 saylı cəzaçəkmə müəssisəsi ümumi rejimlidir. Nizami rayonunda, Böyük Şor qəsəbəsində yerləşir. Yerli mediada bir neçə dəfə burda məhbusların döyülməsi xəbərləri yayılır. Penitensiar Xidmət İdarəsi bir qayda olaraq bu xəbərləri təkzib edib.
Azərbaycandakı çəzaçəkmə yerlərində ərzağın bir neçə dəfə baha satılmasıyla bağlı yerli hüquq müdafiəçiləri də daha öncə məlumat yayıblar. Cəzasını çəkib çıxan keçmiş məhbuslar da həbsxanalardakı bahalığın adi hal olduğunu deyir.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.