banner
banner

Dünya

Merkel: “Dünya yeni tarixi dövrə qədəm qoyur”

Merkel: “Dünya yeni tarixi dövrə qədəm qoyur”
Dünya yeni bir tarixi dövrə qədəm qoyur.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Almaniya kansleri Angela Merkel bəyan edib.
 
“Fikrimcə, Almaniyanın birləşməsi, “soyuq müharibənin” bitməsindən 25 il sonra dünya yeni tarixi dövrə qədəm qoyur. Lakin biz problemlərin həllində qütbləşmə və populizmə arxalanaraq, heç nəyə nail ola bilməyəcək”, deyə A.Merkel bildirib.
 
Bundan əvvəl Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, Donald Trampın ABŞ prezidenti seçilməsi 20-ci əsrin dünya quruluşuna son qoyub. “Trampın seçilməsi ilə 20 əsr, nəhayət ki, arxada qaldı”, deyə F-V.Ştaynmayer qeyd edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.