Səudiyyə Ərəbistanının kralı Abdulla bin Əbdül Əziz əl-Saud 91 yaşında dünyasını dəyişib, RİA Novosti Səudiyyə Ərəbistanının dövlət televiziyasına istinadən xəbər verir.
Ötən ay monarxda sətəlcəm aşkarlanmışdı və o xəstəxanaya yerləşdirilmişdi. Kral Ər-Riyadın klinikalarından birində tibbi yoxlamadan keçib.
Yanvarın əvvəlində onu, “ağ ciyər infeksiyası” diaqnozu ilə evə buraxsalar da, nəfəs almanı asanlaşdırmaq üçün boğazına xüsusi boru yeridilmişdi. Son dörd ildə kral onurğasında bir neçə cərrahiyyə əməliyyatı keçirib.
Abdulla dünyanın ən yaxşlı monarxı idi. O, ilk səudiyyə Kralı II Əbdül-Əzizin ailəsində dünyaya göz açmış, Məkkənin meri, milli qvardiyanın komandanı, baş nazirin birinci müavini vəzifələrini tutmuşdu. 2005-ci ildən o, taxt-tacda vəfat etmiş qardaşı Fəhdi əvəzləmişdi.
Onun yerinə taxta çıxmış Salman ibn Əbdü-Əziz əl-Səud 2012-ci il 18 iyundan taxt-tac varisi olub. Onun əvvəlki vəzifəsi Səudiyyə Ərəbistanının müdafiə naziri idi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.