Erməni mətbuatı ötən həftə Gümrüdə bütöv bir erməni ailəsini məhv etmiş rus hərbçisi Valeri Permyakovun dindirilməsi videosunu yayıb.
Oxu.Az xəbər verir ki, həmin videoda dindirməni aparan iki şəxsin siması və danışılan söhbətlər göstərilmir.
Qey edək ki, yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvü güllələnib. Cinayəti Gümrüdə yerləşən Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakov törədib. O, Ermənistan-Türkiyə sərhədini keçmək istəyərkən Rusiya sərhədçiləri tərəfindən saxlanılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.