banner
banner

Dünya

Yəməndə 1700 məktəb binası dağıdılıb

Yəməndə 1700 məktəb binası dağıdılıb
Yəməndə vətəndaş müharibəsinin başladığı gündən bu yana 1700 məktəb binası dağıdılıb.
 
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Yəmənin təhsil naziri Abdulla Lemlemes BMT-nin Uşaq Fondunun (UNİSEF) nümayəndələri ilə keçirdiyi görüşdə bildirib. Nazir məktəblərin bərpasının və dərs kitablarının çapının vacib olduğunu söyləyib.
 
UNİSEF-in nümayəndəsi Seyfəddin Nemr təmsil etdiyi qurumun uşaqların və anaların dərdlərini yüngülləşdirmək üçün təhsil və səhiyyə layihələrini həyata keçirməyə çalışdığını bildirib.
 
Qeyd edək ki, uzun müddətdir siyasi qeyri-sabitliyin yaşandığı Yəməndə Hüsi və keçmiş prezident Əli Abdullah Salehi müdafiə edən qruplaşmalarla əksər ərəb dövlətləri tərəfindən dəstəklənən hazırkı prezident Əbd-Rəbbu Mənsur Hadi tərəfdarları arasında vətəndaş müharibəsi davam edir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.