banner
banner

İdman

Vaqif Cavadov klubunu dəyişir

Vaqif Cavadov klubunu dəyişir

Türkiyənin "Qaziantep BB" klubunun hücumçusu Vaqif Cavadov komandasını dəyişə bilər.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mövsümün ilk yarısını "Qaziantep BB" klubunda keçirən V.Cavadovun komandadan rəsmən ayrılacağı gözlənilir.

25 yaşlı futbolçu ilə Türkiyə birinci liqa təmsilçisi "Boluspor" klubu yaxından maraqlanır. Səhər saatlarında Boluya gedən V.Cavadov klub rəhbərliyi ilə görüşüb. Danışıqlar müsbət nəticələnərsə, yığmamızın üzvü mövsümün qalan hissəsini "Boluspor"da keçirəcək.

Qeyd edək ki, mövsümün əvvəlində Bakı "İnter"indən "Qaziantep BB" klubuna transfer olunan Vaqif Cavadov Türkiyə təmsilçisinin heyətində 15 çempionat və 6 kubok matçında forma geyinib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.