“The Weeknd” ilə münasibət Selenaya zərbə vura bilər
Müğənni Selena Qomezin repçi “The Weeknd” (əsl adı Abel Makkonen Tesfey) ilə sevgili olması təkcə Castin Biber və Bella Hadidi deyil, ifaçının yaxınlarını da narahat edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 25 yaşlı müğənninin yaxınları onun yenidən narkotik aludəçisi olacağından qorxurlar. Belə ki, onlar Abelin uzun illərdir narkotikdən istifadə etdiyini bildiriblər.
Selenaya yaxın mənbənin sözlərinə görə, ifaçı ötən ilin payızında içki və narkotik aludəçisi olduğu üçün müalicə kursu keçib. Lakin bunu Lupus erythematosus, yəni qırmızı qurd eşənəyi xəstəliyi kimi qələmə verib.
Mənbə onu da əlavə edib ki, Qomez heç kimin sözünə qulas asmır və “The Weeknd”dən ayrılmaq fikri yoxdur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.